Dünya

İran parlamentinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqləyib

09 Aug 2026, 20:12 2 baxış
İran parlamentinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqləyib
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Söhbət "Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında" qanun layihəsindən gedir. Qeyd edək ki, avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirmişdi ki, parlament Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər