Dünya
Co Bayden səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - FOTO
ABŞ-nin keçmiş prezidenti Co Bayden səhhətinin ciddi şəkildə pisləşdiyi xəbərləri yayıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, 83 yaşlı Bayden Delaver ştatının Uilminqton şəhərində kilsədə keçirilən mərasimdən çıxarkən görüntülənib. Qəzet keçmiş prezidentin zəiflədiyini yazıb. Hanter Bayden daha əvvəl atasının prostat xərçənginin bədənin digər hissələrinə yayılması və metastazın güclü ağrılara səbəb olması səbəbindən səhhətinin pisləşdiyini bildirib. Qeyd edək ki, 2025-ci ilin oktyabrında Baydenin prostat xərçənginin müalicəsi çərçivəsində şüa və hormon terapiyası kursu keçdiyi məlum olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər