Dünya
İsrail Sülh Şurasının Qəzza üzrə planını rədd etdi
İsrail Sülh Şurasının Qəzza zolağı ilə bağlı 15 bənddən ibarət planını rədd edir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasının əvvəlində çıxış edib. "İsrail Müdafiə Ordusu HƏMAS tərk-silah olunana qədər qoşunlarını çıxarmayacaq. HƏMAS-ın tərk-silah edilməsindən danışarkən ağır silahları, nisbətən yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Biz formal deyil, həqiqi tərk-silahdan danışırıq", - deyə Netanyahu bildirib. "Hazırda biz bu məsələni amerikalılarla müzakirə edirik. Onların bəzi ideyaları bizim üçün məqbuldur, bəziləri isə məqbul deyil və biz buna necə qarşı duracağımızı bilirik", - deyə Netanyahu əlavə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər