Dünya

İran parlamentində Qalibafın istefası tələb edildi - FOTO

09 Aug 2026, 17:24 2 baxış
İran parlamentində Qalibafın istefası tələb edildi - FOTO
Bu gün İran parlamentinin üzvü Məhəmmədtəqi Nəqdəli parlamentin iclasında spiker Məhəmməd Baqir Qalibafa danışıqlar qrupunun rəhbərliyindən istefa verməyi təklif edib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Nəqdəli bildirib ki, Qalibaf danışıqlar qrupunun rəhbəri və Çinlə əlaqələrin koordinasiyasına məsul şəxs vəzifələrindən istefa verərək əsas fəaliyyətinə - parlamentin işinin idarə olunmasına diqqət yetirməlidir.

Nəqdəli həmçinin parlamentin ölkə əhalisinin dolanışığı ilə bağlı konkret fəaliyyət planının olmadığını iddia edib. "İnsanlar bizdən soruşurlar ki, parlamentin xalqın dolanışığı üçün planı nədir? Parlamentin hazırkı vəziyyətini nəzərə alsaq, bu suala cavabımız yoxdur", - deyə o bildirib. Deputat əlavə edib ki, mövcud tendensiya parlamentin nüfuzuna mənfi təsir göstərib və bəzi deputatlar ölkənin əsas və mühüm məsələlərindən xəbərsizdirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər