Dünya
15 yaşlı Rəvan göldə boğularaq həyatını itirdi
Gürcüstanın Marneuli bələdiyyəsinin Kürüstü Kəpənəkçi kənd sakini, 15 yaşlı Rəvan Əfəndiyev Tbilisidə göldə boğularaq həyatını itirib. Oxu.Az 24News.ge-yə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Məlumata görə, Rəvan dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. O, qəfil suda boğulmağa başlayıb. Ətrafdakı şəxslər müdaxilə edərək yeniyetməni sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə
oxu.az