Dünya
Husilər Səudiyyə qüvvələrinin mövqelərinə ballistik raketlərlə zərbələr endiriblər
Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri olan üsyançı husilər ölkənin cənub-qərbindəki Məxat şəhəri yaxınlığında qoşunların cəmləşdiyi məntəqələrə və silah anbarlarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirdiklərini bəyan ediblər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sərianın bəyanatında bildirilib. "Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur - red.) genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Səudiyyə qüvvələrinin cəmləşdiyi məntəqələrə və Məxat rayonundakı silah anbarlarına hücum edilib", - deyə üsyançıların nümayəndəsi qeyd edib.
Mənbə
oxu.az