Dünya
Türkiyədə gecə saatlarında ZƏLZƏLƏ
Türkiyənin Qaziantep vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qurumun məlumatına əsasən, yeraltı təkanlar Nurdağı rayonunda Bakı vaxtı ilə saat 04:42-də qeydə alınıb. Zəlzələnin ocağı 7,44 km dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində dağıntıların olması barədə məlumat daxil olmayıb.
Mənbə
oxu.az