Dünya
ABŞ-də filmin tanıtımı üçün kişini reklam lövhəsinin içinə "kilidlədilər" - FOTO - VİDEO
ABŞ-də filmin reklamı üçün bir kişini iki gün ərzində "Netflix" striminq servisinin bilborduna (reklam lövhəsinə) kilidləyiblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Hollywood Reporter" nəşri yazıb. İçərisində aktyorun olduğu "Sonuncu ev" trillerinin reklam lövhəsi Los-Ancelesdəki Sunset bulvarının üzərində yerləşir.
Naməlum aktyor avqustun 6-da binanın fasadı şəklində qurulan konstruksiyaya yerləşib və avqustun 8-də oranı tərk edəcək. "O, Selma-avenyu ilə Sunset bulvarının kəsişməsində yerdən 30 metr yüksəklikdəki məkanda qapanaraq uzun müddət ərzində normallıq hissini qorumağa çalışacaq, aşağıda sərnişinlər və yoldan keçənlərlə ağ lövhə vasitəsilə ünsiyyət quracaq ki, bu da filmdə şəhər mərkəzində ailənin təcrid olunmasına dair qorxulu bir istinaddır", - deyə onlayn onlayn platformanın mətbuat xidmətindən izah edilib. Luis Leteryerin rejissoru olduğu "Sonuncu ev" filmi, evlərində qapalı qalan və buradan çıxışı olmayan, onları dünyadan uzaqlaşdıran sirli bir qüvvəyə baxmayaraq, sağ qalmağa çalışan dörd nəfərlik bir ailənin hekayəsindən bəhs edir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər