İdman

"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi

07 Aug 2026, 19:24 2 baxış
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
Argentinalı yarımmüdafiəçi Franko Mastantuono icarə əsasında "Real Madrid"dən "Fiorentina"ya keçib. Oxu.Az bildirir ki, İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı futbolçunun icarə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Ötən mövsüm Mastantuono İspaniya çempionatında 23 oyuna çıxıb və bir qol vurub. Argentinalı futbolçu 2025-ci ilin yayında "River Pleyt"dən "Real Madrid"ə keçmişdi. Transferin məbləği 63,2 milyon avro təşkil etmişdi. Bu keçid Argentina futbolu tarixinin ən bahalı transferi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər