İdman

Rusiyada Fərid Yadullayevə hökm oxundu

07 Aug 2026, 16:20 3 baxış
Rusiyada Fərid Yadullayevə hökm oxundu

Rusiyada Azərbaycan əsilli MMA (Qarışıq Döyüş Sənəti) döyüşçüsü Fərid Yadullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Moskvanın Meşanski Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, Fərid Yadullayev 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Ona 4 il sınaq müddəti təyin olunub.


İttihama görə, Fərid Yadullayev bu ilin may ayında gizli üsulla 1,45 qram amfetamin əldə edib.


Təqsirləndirilən şəxs istintaq zamanı günahını etiraf edib və özünü təqsirli bilib.

Mənbə axar.az

Oxşar Xəbərlər