İdman

Altay Bayındır karyerasını La Liqada davam etdirəcək - FOTO

07 Aug 2026, 15:16 1 baxış
Altay Bayındır karyerasını La Liqada davam etdirəcək - FOTO
Türkiyə yığmasının və "Mançester Yunayted"in çərçivə qoruyucusu Altay Bayındır karyerasında yeni səhifə açır. Oxu.Az xəbər verir ki, təcrübəli qapıçı İspaniyanın "Selta" klubu ilə razılığa gəlib. 28 yaşlı qolkiper La Liqa təmsilçisinin heyətində icarə əsasında forma geyinəcək. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, icarə müddəti 2026/27 mövsümünün sonunadək qüvvədə olacaq. Xatırladaq ki, Altay Bayındır 2023-cü ildən etibarən "Mançester Yunayted"in şərəfini qoruyur.
Altay Bayındır karyerasını La Liqada davam etdirəcək - FOTO Altay Bayındır karyerasını La Liqada davam etdirəcək - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər