İdman

Qazaxıstan futbolunda yeni səhifə: Niderlandlı mütəxəssislə razılıq əldə olundu

07 Aug 2026, 14:52 2 baxış
Qazaxıstan futbolunda yeni səhifə: Niderlandlı mütəxəssislə razılıq əldə olundu
Qazaxıstan Futbol Federasiyası (KFF) milli komandanın baş məşqçisi postuna niderlandlı mütəxəssis Con van't Sxipi gətirməklə bağlı yekun razılıq əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə KFF-nin rəsmi saytı məlumat yayıb. Mütəxəssisin bu vəzifəyə təyinatı qurumun nizamnaməsinə əsasən, KFF İcraiyyə Komitəsinin təsdiqindən sonra tam rəsmiləşəcək. İcraiyyə Komitəsinin yaxın günlərdə keçiriləcək iclasının ardınca niderlandlı məşqçi ilə müqavilənin imzalanması planlaşdırılır. "Məşqçilik karyerasına "Ayaks" sistemində başlayan Con van't Sxip, müxtəlif illərdə Amsterdam klubunun, həmçinin "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" komandalarının baş məşqçisi olub. Mütəxəssis 2016-cı ildə "Melburn Siti" ilə birlikdə Avstraliya Kubokunu qazanıb. Beynəlxalq arenada isə o, Yunanıstan və Ermənistan yığmalarına rəhbərlik edib. Qazaxıstan millisinin məşqçilər qərargahında köməkçi məşqçilər Nurbol Jumaskaliyev və Yeldos Axmetov, qapıçılar üzrə məşqçi Yuri Novikov, fiziki hazırlıq üzrə məşqçi Vadim Borovski, həmçinin analitik Timur Kusainov yer alacaqlar", - deyə rəsmi açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər