İdman
Mourinyonu şoka salan qərar: Rodrinin "Real"a transferi niyə baş tutmadı?
"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Rodrinin ilkin razılaşmaya rəğmən "Real Madrid"ə transferinin hansı səbəbdən baş tutmadığına aydınlıq gəlib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Serxio Valentin sosial şəbəkə hesabında paylaşım edib. "Saziş demək olar ki, tamamlanmışdı. Rodri keçidə 100% razı idi və "Mançester Siti" ilə şərtlərin böyük əksəriyyəti razılaşdırılmışdı. Lakin son anda Madrid klubunun baş skautu Xuni Kalafat prosesə müdaxilə edərək qiyməti aşağı salmağın mümkün olduğunu bildirdi. Nəticədə danışıqlar dayandırıldı. Mourinyo tamamilə şokda və çaşqınlıq içində idi. O, mərkəz yarımmüdafiəçisini komandasında görməyi çox istəyirdi", - deyə Valentin qeyd edib. Jurnalistin sözlərinə görə, Peres qiymətin endirilməsində təkid etdikdən sonra "Mançester Siti" rəhbərliyi futbolçunu digər klublara təklif etməyə başlayıb. Qeyd edək ki, Rodri 2019-cu ildən etibarən "Mançester Siti"nin şərəfini qoruyur. O, bu müddət ərzində 298 oyuna çıxaraq 28 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, Rodri Argentina yığmasına qarşı keçirilən final matçından sonra 2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilmişdi. 30 yaşlı futbolçu turnir ərzində səkkiz qarşılaşmada iştirak etsə də, məhsuldar hərəkətlə fərqlənməmişdi.
Mənbə
oxu.az