Digər
Tanınmış blogerin həyat yoldaşı vəfat etdi - Foto
Bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova məlumat yayıb. Bloger bildirib ki, bacısı hazırda ağır günlər yaşayır və iki övladı ilə tək qalıb.
Sosial şəbəkədə yaxınları onun qəfil ürəktutmadan vəfat etdiyini yazıb.
Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.
Mənbə
axar.az