Kriminal
"Arzum"un son məhkəməsində nələr baş verdi? - Vəkilindən açıqlama - VİDEO
Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev bu gün keçirilən məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verib. Oxu.Az xəbər verir ki, Hikmət Əliyev məhkəmə iclasında əlavə şahidin ifadə verdiyini, həmçinin yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı vəkillərin vəsatətinin təmin olunduğunu açıqlayıb.
"Şahid bildirdi ki, həmin hadisədən sonra (avtoqəza - red.) İlduzə Hacıyeva ərazidən qaçmayıb. İ.Hacıyeva huşunu itirdiyinə görə həmin şahid öz avtomobili ilə onu əvvəlcə xəstəxanaya, orada tibbi yardım göstərildikdən sonra isə xanımın yaşadığı mənzilə aparıb. Bundan əlavə, tərəfimizdən təkrar kompleks ekspertizanın keçirilməsi barədə vəsatətlər verildi. Tam şəkildə araşdırıldı və zəruriliyi bildirildi. Məhkəmə tərəfindən həmin vəsatətlər təmin edildi", - H.Əliyev deyib. O əlavə edib ki, obyektiv araşdırma davam etdirilir. Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib. Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən tərəfin vəkili vəsatət qaldıraraq məhkəmənin tərkibinə etiraz etsə də, etiraz qəbul edilməyib. Daha sonra İlduzə Hacıyevanin vəkilləri hadisə yerindən İlduzə Hacıyevanı xəstəxanaya aparan İlham İbrahimovun əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət veriblər və vəsatət təmin edilib.
Təqsirləndirilənin vəkillərinin sonuncu vəsatəti isə baş verən hadisə ilə bağlı yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı olub. İlkin ekspertiza zamanı araşdırılmayan xüsusatların yenidən araşdırılması məqsədilə yenidən avtotexniki ekspertiza, videoğörüntü ilə bağlı ekspertiza və trasoloji ekspertizanın yenidən keçirilməsi istənilib. Müşavirədən sonra vəkillərin bu vəsatətləri də təmin edilib. Məhkəmənin növbəti prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb. Xatırladaq ki, İlduzə Haciyeva ilə bağlı Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu proses zamanı prokuror onun 5 il 9 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etsə də, prosesin sonunda məhkəmənin hökmü ilə 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunmuşdu. Təqsirləndirilən tiktoker barəsində verilən hökmdən narazı olduğu üçün apellyasiya şikayətinin ilk prosesində İlduzə Hacıyeva məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Qeyd edək ki, prosesdə İlduzə Hacıyevanın Almaniya vətəndaşı olan həyat yoldaşı Denis də prosesdə iştirak edib. Elgün Həsənli

Mənbə
oxu.az