Digər

SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

07 Aug 2026, 13:42 3 baxış
SEPAH Səudiyyəyə hücuma hazırlaşır - Kəşfiyyat

İranın proksi qüvvələri və SEPAH Səudiyyə Ərəbistanına hücum hazırlığı görürlər.


Axar.az xəbər verir ki, bunu "Əl Ərəbiyyə" yüksək rütbəli səudiyyəli rəsmiyə istinadla bildirib.


“Çoxsaylı etibarlı kəşfiyyat məlumatları Yəmən husiləri, İraq milisləri və İnqilab Keşikçiləri arasında Səudiyyə Ərəbistanına hücumlara hazırlıq üçün koordinasiya olduğunu göstərir",- məlumatda deyilib.


Mənbə əlavə edib ki, bu məlumatlar xüsusilə narahatedicidir, çünki onlar krallığın hələ də gərginliyi azaltmağa və dinc həll yolları tapmağa çalışdığı və danışıqların müsbət istiqamətdə getdiyi bir vaxta təsadüf edir.

Mənbə axar.az

Oxşar Xəbərlər