Digər

Moskvada güclü partlayış səsləri eşidildi

07 Aug 2026, 13:14 2 baxış
Moskvada güclü partlayış səsləri eşidildi

Moskva şəhəri və Moskva vilayətində güclü partlayış səsləri eşidilib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.


Məlumata görə, Moskvanın bəzi rayonlarında evlər də silkələnib. Partlayış səsi qonşu vilayətlərdə də eşidilib.


“Ən çox səs Konkovo, Solntsevo rayonlarında, Vernadski və Kommunarka prospektlərində eşidilib. Hətta Konkovo sakinləri zərbə dalğasınını hiss etdiklərini deyiblər”, - məlumatda qeyd olunub.


Mənbə axar.az

Oxşar Xəbərlər