İdman

Eyden Makkarti "Sabah"a keçidindən danışdı

07 Aug 2026, 12:44 2 baxış
Eyden Makkarti "Sabah"a keçidindən danışdı
"Sabah" klubuna transferim indiyə qədərki karyeramın ən möhtəşəm sınağıdır. Gələcək hədəflərimə doğru irəliləmək üçün mənə verilən bu unikal şansdan ən yüksək səviyyədə istifadə etməyə qərarlıyam". Oxu.Az xəbər verir ki, bu sözləri "Sabah" klubunun cənubi afrikalı legioneri Eyden Makkarti vətənində yerli mətbuata müsahibəsi zamanı səsləndirib. Geridə qoyduğumuz yay transfer pəncərəsində "Kayzer Çifs"dən Azərbaycan təmsilçisinin heyətinə cəlb olunan 22 yaşlı mərkəz müdafiəçisi peşəkar yüksəlişindəki əsas rola görə atasına təşəkkür edib: "İnkişaf yolumda keçmiş futbolçu olan atam Fabian Makkartinin və psixoloji hazırlıq üzrə mütəxəssis Henninqin müstəsna payı var. Onlar mənə meydanda dözümlü olmağı və hər vəziyyətə düzgün yanaşmağı öyrədiblər. Əsas həyat fəlsəfəm bundan ibarətdir: yalnız nəzarət edə bildiyin amillərə köklən, seçdiyin yola inan və bütün uğursuzluqları gələcək zəfərlərə aparan pillələrə çevir".
Mənbə oxu.az

Oxşar Xəbərlər