İdman

UEFA Avropa Liqası: "Beşiktaş" ilk raundda üstünlüyü ələ aldı - VİDEO

06 Aug 2026, 23:24 1 baxış
UEFA Avropa Liqası: "Beşiktaş" ilk raundda üstünlüyü ələ aldı - VİDEO
"Beşiktaş" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə Çexiyanın "Hradets Kralove" klubu ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, matç İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.

Görüşdə yeganə qolu 80-ci dəqiqədə Semih Kılıçsoy vurub. "Beşiktaş" 72-ci dəqiqədə Uattaranın qırmızı vərəqə almasından etibarən matçı 10 nəfərlə davam etdirib. Tərəflər arasında cavab qarşılaşması avqustun 13-də baş tutacaq. "Qara qartallar" "Hradets Kralove" səddini aşacağı təqdirdə növbəti sınaqda "Dinamo Zaqreb" - "Kauno Jalgiris" cütünün məğlubu ilə üz-üzə gələcək. Qeyd edək ki, pley-off mərhələsi çərçivəsində ilk qarşılaşmalar avqustun 20-də, həlledici cavab matçları isə avqustun 27-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər