İdman

"Monako"nun ulduzu PSJ-yə keçdi

06 Aug 2026, 22:48 1 baxış
"Monako"nun ulduzu PSJ-yə keçdi
"Monako"nun hücumçusu Maqnes Akliuş karyerasını PSJ-də davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı fransalı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Akliuş yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək. KİV-in məlumatına görə, transferin dəyəri 50 milyon avro təşkil edib. Akliuş 2025/26 mövsümündə "Monako"nun heyətində keçirdiyi 43 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Fransa millisinin üzvü olan futbolçu indiyədək yığmanın heyətində 10 oyuna çıxıb və bir qol vurub. O, həmçinin ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər