İdman

Qurban Qurbanovdan məcburi yerdəyişmə - Savonu o əvəzlədi

06 Aug 2026, 20:43 20 baxış
Qurban Qurbanovdan məcburi yerdəyişmə - Savonu o əvəzlədi

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi oyuna aşağıdakı start heyətlə çıxacaq:


Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bense Varkonyi, Mateus Silva, Cebrail Makretskis, Marko Yankoviç, Pedro Bikalyo, Renaldo Sefas, Abdullah Zubir (k), Jali Muaddib, Aleksey Kaşuk.


Hücumçu Zakaria Savonun zədə səbəbindən sıradan çıxmasına görə baş məşqçi Qurban Qurbanov məcburi yerdəyişmə edib. O, mərkəz hücumçusu kimi sağ vinger Aleksey Kaşuku oynadacaq. Kadi və Bədavi Hüseynov ehtiyatda olduğundan 10 nömrə mövqeyində Abdullah Zubir çıxış edəcək, Mateus Silva müdafiənin mərkəzində oynayacaq. Sağ cinah müdafiəçisi kimi isə Cebrail Makretskis çıxış edəcək.


Jali Muaddib sağ vinger, Renaldo Sepas isə sol vinger mövqeyində mübarizə aparacaq. Sonuncu 3 yeni transfer ilk dəfə “Qarabağ”da əsas heyətdə yer alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər