İdman

UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

06 Aug 2026, 18:22 32 baxış
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.


AFFA-dan Axar.az-a verilən məlumata görə, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsində, avqustun 13-də keçiriləcək "Eqnatia" (Albaniya) - "Şemrok Rovers" (İrlandiya) oyununun hakim-inspektoru olacaq.


Qarşılaşma Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionunda baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər