İnfantino üzr istədi: Bir daha olmayacaq…
FİFA Dünya Çempionatının hüquqlarının bir hissəsini satmaq planlarına görə üzr istəyib.
Axar.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən FİFA Şurası üzvlərinə ünvanlanmış məktubda deyilib.
“Bu səhvlərə görə səmimi qəlbdən üzr istəyir və onların təkrarlanmayacağına söz veririk. Lazımi araşdırmaları aparacaq və FİFA Şurasının növbəti iclasında hesabat təqdim olunacaq”, - məktubda bildirilib.
Qeyd edək ki, ötən həftə FİFA-nın turnir hüquqlarını satmaq üçün yeni kommersiya strukturu olan “FİFA Forward Enterprise” (FFE) yaratmağı planlaşdırdığı bildirilmişdi. Lakin qurumun prezidenti Canni İnfantino futbol konfederasiyalarının tənqidləri və UEFA üzv ölkələrinin Dünya Çempionatının boykot etmək təhlükəsi fonunda bu ideyadan imtina etmək qərarına gəldi.