İdman
"Qarabağ"ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Konfrans Liqasında III mərhələsinin oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" bu mərhələdə Ukraynanın "Dinamo Kiyev" klubunun qonağı olacaq. İzləyicilər "Dinamo Kiyev" - "Qarabağ" oyununu "CBC Sport"da izləyə biləcəklər. Xatırladaq ki, "köhlən atlar" iki oyunun nəticəsinə əsasən "Dinamo Kiyev"i üstələyəcəyi təqdirdə UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. UEFA Konfrans Liqası III mərhələ 6 avqust 21:00 "Dinamo Kiyev" - "Qarabağ"
Mənbə
oxu.az