İdman

Salah sabah Türkiyəyə gəlir: Bu klubla razılaşdı...

04 Aug 2026, 22:08 2 baxış
Salah sabah Türkiyəyə gəlir: Bu klubla razılaşdı...

Türkiyənin "Trabzonspor" klubu misirli futbolçu Məhəmməd Salahın transferi ilə bağlı razılıq əldə edib.


Axar.az Report-a istinadən xəbər verir ki, Trabzon təmsilçisi futbolçunun Yunanıstandan İstanbula gətirilməsi üçün sabah xüsusi təyyarə göndərəcək. Salahın İstanbulda klub prezidenti Ərtoğrul Doğanla görüşəcəyi, daha sonra tibbi müayinədən keçəcəyi gözlənilir.


Məlumata görə, tərəflər arasında rəsmi sənədlər imzalandıqdan sonra 34 yaşlı hücumçu klub rəhbərliyi ilə birlikdə Trabzona yollanacaq.


Qeyd edək ki, Məhəmməd Salah son olaraq 2017-ci ildən 2026-cı ilədək "Liverpul"da çıxış edib.

Mənbə axar.az

Oxşar Xəbərlər