İdman
"Trabzonspor" Məhəmməd Salahla razılığa gəldi: Sabah Türkiyəyə gedir
Türkiyənin "Trabzonspor" klubu dünyaşöhrətli futbolçu Məhəmməd Salahla razılığa gəlib. Oxu.Az bu barədə "61saat" saytına istinadən xəbər verir. Bildirilir ki, misirli futbolçunun sabah axşam saatlarında Trabzonda olması gözlənilir. Məhəmməd Salah üçün avqustun 6-da "Papara Park"da imza mərasimi keçiriləcək. Hücumçu "Trabzonspor"da 11 nömrəli forma geyinəcək.
Mənbə
oxu.az