Bundan istifadə edərək "Orhus"a qalib gəlməyə çalışacağıq
"Sabah" komandası səfərdə öz gücündən istifadə edərək Danimarka təmsilçisi "Orhus"a qalib gəlməyə çalışacaq.
Axar.az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan öncə deyib.
"Danimarkada olduğumuza görə çox şadıq. Hər məşqçinin arzusudur ki, ən azı Çempionlar Liqasında bu mərhələyə qədər gəlib çıxa bilsin. Sabahkı qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Rəqibimizi çox yaxşı təhlil etmişik. Rəqib komanda çox keyfiyyətli futbolçulardan təşkil olunub. Rəqibin zəif və güclü tərəflərini bilirik. Çalışacağıq ki, biz öz gücümüzdən istifadə edək və səfərdə qələbə qazanaq. İnanıram ki, futbolçularım ən xırda tapşırığı belə düzgün icra edəcəklər", - baş məşqçi söyləyib.
Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək.