İdman

Axundzadənin yeni müqaviləsi: “Qarabağ”a da pay düşür?

04 Aug 2026, 18:06 16 baxış
Axundzadənin yeni müqaviləsi: “Qarabağ”a da pay düşür?

Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni gələcəkdə birdəfəlik transfer edə bilər.


Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a klubun idman direktoru Müzəffər Bilazer məlumat verib.


Onun sözlərinə görə, 21 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi bağlanması nəzərdə tutulsa da, tərəflər arasında satınalma bəndi də yer alıb.


Belə ki, Nəriman Axundzadə “Ərzurumspor”da uğurlu çıxışı ilə seçilərsə, Türkiyə klubu onun transfer hüquqlarını ABŞ-nin “Kolambus Kryu” klubundan 1,5 milyon avroya əldə edə biləcək.


Bilazer bildirib ki, bu qərar futbolçunun mövsüm ərzində göstərəcəyi performansdan asılı olacaq.


Klub rəsmisi əlavə edib ki, yaşı gənc olduğu üçün “Ərzurumspor” Nəriman Axundzadənin gələcəkdə birdəfəlik transferində maraqlıdır.


Qeyd edək ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə müqaviləsində “Qarabağ”ın futbolçunun növbəti satışından da müəyyən faiz əldə etməsini nəzərdə tutan maddə yer alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər