Dünya

"Amazon" tarix yazdı: Şirkətin bazar dəyəri üç trilyon dolları ötdü

04 Aug 2026, 04:34 3 baxış
"Amazon" tarix yazdı: Şirkətin bazar dəyəri üç trilyon dolları ötdü
Dünyanın ən böyük onlayn ticarət platformalarından biri olan "Amazon" (AMZN) texnologiya şirkətinin səhmləri avqustun 3-də 5.64 faiz bahalaşıb. Oxu.Az "RBK"ya istinadən xəbər verir ki, qiymətli kağızların dəyəri pik həddə 286,9 dollara yüksəlib. Bununla da şirkətin bazar kapitallaşması tarixdə ilk dəfə 3 trilyon dollar həddini keçib. "Amazon" hazırda bazar dəyərinə görə dünyanın ən iri beş şirkətindən biridir. "TradingView" platformasının Bakı vaxtı ilə saat 17:48-ə olan məlumatına əsasən, şirkətin bazar kapitallaşması 3,08 trilyon dollar təşkil edib. Bakı vaxtı ilə saat 18:02-yə olan məlumata görə, bazar dəyərinə görə dünyanın ən bahalı beş açıq səhmdar cəmiyyəti bunlardır: - NVIDIA - 4.9 trilyon dollar, - Alphabet - 4.54 trilyon dollar, - Apple - 4.48 trilyon dollar, - Microsoft - 3.63 trilyon dollar, - Amazon - 3.07 trilyon dollar.
Mənbə oxu.az

Oxşar Xəbərlər