Dünya

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər? - Alimdən maraqlı açıqlama

04 Aug 2026, 03:18 2 baxış
Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər? - Alimdən maraqlı açıqlama
Əgər Yer kürəsinin bütün sakinləri eyni anda tullanıb yerə ensəydilər, planet demək olar ki, yerindən tərpənməzdi. Oxu.Az xəbər verir ki, Cənub-Şərqi Luiziana Universitetinin fiziki Rett Allen UNILAD nəşrinə müsahibəsində bu hipotetik ssenarini impuls və enerjinin qorunması qanunları əsasında izah edib. Alim hesablamalarında Yer kürəsində təxminən yeddi milyard insanın yaşadığını və hər birinin orta hesabla 30 santimetr hündürlüyə tullana bildiyini əsas götürüb. Onun sözlərinə görə, bütün insanların eyni anda sıçrayaraq yerdən aralanması belə planetə nəzərəçarpacaq təsir göstərməzdi. Rett Allen bildirib ki, Yer kürəsinin kütləsi təxminən 6 × 10²⁴ kiloqram olduğundan, insanların tullandığı zaman yaranan ümumi impuls planetin hərəkətinə praktiki olaraq təsir etmir. Onun hesablamalarına görə, Yer kürəsi əks istiqamətdə qısamüddətli sürətlənmə ala bilər. Bu sürətlənmə saniyədə cəmi 2,6 × 10⁻¹³ metr təşkil edərdi. Nəticədə planet bir saniyə ərzində hidrogen atomunun radiusunun təxminən yüzdə biri qədər yer dəyişərdi ki, bu da praktik olaraq ölçülməsi mümkün olmayan göstəricidir. Alim qeyd edib ki, insanlar yenidən yerə endikdən sonra Yer kürəsi əvvəlki vəziyyətinə qayıdacaq. Fizikin sözlərinə görə, bu prosesi yay (prujin) vasitəsilə bir-birinə birləşdirilmiş fərqli kütləyə malik iki cismin hərəkəti ilə müqayisə etmək olar. Belə sistemdə yüngül cisim daha çox hərəkət etdiyi halda, ağır cismin yerdəyişməsi olduqca cüzi olur. Yer kürəsi ilə insanlar arasındakı əlaqədə isə bu "yay" rolunu cazibə qüvvəsi oynayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər