Dünya
İran Ukraynada üç hədəfi vurmağa hazırlaşırmış: Hücum son anda LƏĞV EDİLİB
İran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizindəki gəmiyə hücumuna cavab olaraq Ukraynadakı üç hədəfə zərbə endirməyə hazırlaşıb, lakin Kiyevin üzr istəməsindən sonra bu plan ləğv edilib. Oxu.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbərinin müşaviri Möhsün Rezai bildirib. "Biz Ukraynadakı üç hədəfə hücum etməyə hazır idik, lakin bu ölkə üzr istədikdən sonra hücumu ləğv etdik", - deyə o vurğulayıb. * Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var Bununla belə, Rezai qeyd edib ki, Kiyev İran gəmisinə endirilən zərbəyə görə bu və ya digər şəkildə cavab verməlidir.
Mənbə
oxu.az