Dünya

Hindistanda timsah çayda çimən qadını parçalayıb - FOTO

04 Aug 2026, 02:00 1 baxış
Hindistanda timsah çayda çimən qadını parçalayıb - FOTO
Hindistanın Odişa ştatında səhər saatlarında çayda çimən qadın timsahın hücumuna məruz qalaraq ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "Pragativadi" məlumat yayıb. Hadisə bir həftədir daşqın altında qalan Damdarpatan kəndində baş verib. 46 yaşlı Suçitra Das səhər saatlarında yuyunmaq üçün çaya gedib. Bu zaman timsah ona hücum edərək qadını suyun altına çəkib. Daha sonra sahildə onun başmaqları, fənəri, mobil telefonu və sabunu aşkarlanıb. Xilasedicilər qadının axtarışlarına başlayıblar, lakin onun cəsədi hələlik tapılmayıb. Kənd sakinləri bildiriblər ki, ərazidə dəfələrlə vəhşi heyvanlarla qarşılaşıblar. Onlar timsah hücumları təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi üçün hakimiyyət orqanlarına müraciət ediblər.
Hindistanda timsah çayda çimən qadını parçalayıb - FOTO Hindistanda timsah çayda çimən qadını parçalayıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər