Dünya
Danimarka şahzadəsi orduda xidmətə başlayıb
Danimarka şahzadəsi İzabella hərbi xidmətə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Danimarkanın BT qəzeti məlumat yayıb. "Şahzadə İzabella avqustun 3-də Slagelse şəhərindəki Antvorskov kazarmasına gəlib. O, burada Qvardiya Hussar Alayında 11 ay müddətində hərbi xidmət keçəcək", - deyə nəşr bildirib. Qəzetin məlumatına görə, İzabella aylıq 8 300 kron (təxminən 2 537 manat - red.) məbləğində yaşayış müavinətindən və 9 000 kron (təxminən 2 347 manat - red.) məbləğində maaşdan imtina edib. Şahzadə beş ay davam edəcək ilkin hazırlıq mərhələsindən keçəcək, daha sonra isə altı ay müddətində döyüş və praktiki hazırlıq keçəcək. Jurnalistlər qeyd ediblər ki, bundan əvvəl şahzadənin böyük qardaşı, vəliəhd şahzadə Kristian da Qvardiya Hussar Alayında xidmət edib. Danimarka parlamenti 2024-cü ildə ölkədə hərbi xidmət müddətinin artırılması barədə qərar qəbul edib və bu dəyişiklik 2026-cı ildə qüvvəyə minib. Əvvəllər hərbi xidmət müddəti dörd ay təşkil edirdi. Bu il ümumilikdə 1 600 nəfər hərbi xidmətə başlayıb.
Mənbə
oxu.az