Dünya

Əlcəzairdə 25 nəfərin öldüyü qəzanın təfərrüatı açıqlanıb

04 Aug 2026, 00:36 2 baxış
Əlcəzairdə 25 nəfərin öldüyü qəzanın təfərrüatı açıqlanıb
Əlcəzairdə baş verən və 25 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının sürücüsünün narkotik maddələr qəbul etdiyi müəyyənləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə faciənin baş verdiyi Bumərdes vilayətinin prokurorluğu "Facebook" səhifəsində məlumat yayıb. "Aparılan analizlərin nəticələri 33 yaşlı, hadisə nəticəsində həyatını itirən sürücü Usama Zibin müxtəlif növ narkotik maddələr qəbul etdiyini göstərib. Bundan əlavə, onun geyiminə baxış zamanı iki ədəd psixotrop dərman həbi aşkarlanıb", - deyə açıqlamada bildirilib. Qeyd edək ki, azı 25 nəfərin öldüyü, 44 nəfərin yaralandığı faciə iyulun 31-də baş verib. Həmin vaxt avtobusun dərəyə aşdığı bildirilmişdi. Axtarış-xilasetmə işlərinə üç xilasetmə avtomobili və 11 təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər