Dünya

Tramp: "Hörmüz boğazı sabah tam açıla bilər"

03 Aug 2026, 23:06 2 baxış
Tramp: "Hörmüz boğazı sabah tam açıla bilər"
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın Hörmüz boğazının avqustun 4-də açılması imkanını müzakirə etdiklərini bəyan edib. Oxu.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir. "Biz boğazın artıq sabaha qədər açılmasından danışırıq. Söhbət onun tam açılmasından gedir", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib. ABŞ Prezidenti vurğulayıb ki, bu, danışıqların ilk mərhələsi olmalıdır və yalnız bundan sonra İranın nüvə proqramının müzakirəsinə başlanılacaq. * Trampdan dünyanı silkələyən açıqlama: İranla gizli danışıqlar gedir Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, bazar ertəsi gec saatlarda və ya çərşənbə axşamı danışıqların nəticə verib-vermədiyini daha aydın şəkildə görmək mümkün olacaq. Tramp Tehranla aparılan hazırkı danışıqları münaqişənin dinc yolla həlli üçün İranın son şansı hesab etdiyini bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər