İdman
15 oyuna 39 qol vuran hücumçu "Qarabağ"a gəlir
"Qarabağ" növbəti transfer çalışmasını bitirmək üzrədir. Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu Nigeriyanın Gənclər Liqasının bombardirini sıralarına qatır. Söhbət Daniel Arierhidən gedir. "Köhlən atlar" 18 yaşlı hücumçunu Azərbaycana dəvət edib. O, yaxın günlərdə ölkəmizə təşrif buyuracaq. Afrikalı burada tibbi baxışdan keçəcək. Sağlıq durumunda hansısa problem aşkarlanmasa, adıçəkilən forvardla uzunmüddətli müqavilə imzalanacaq.
Mənbə
oxu.az