Dünya

İspaniyanın baş naziri miqrasiya böhranına baxmayaraq, istirahətə yollanıb

03 Aug 2026, 23:00 2 baxış
İspaniyanın baş naziri miqrasiya böhranına baxmayaraq, istirahətə yollanıb
İspaniya hökumətinin başçısı Pedro Sançes Seutada miqrasiya vəziyyətinin gərgin olaraq qalmasına baxmayaraq, tətilini Kanar adalarında keçirmək qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "Okdiario" nəşri məlumat yayıb. Məlumata görə, Sançes ailəsi ilə birlikdə La-Maretada istirahət etmək üçün rəsmi fəaliyyətinə fasilə verib. Jurnalistlər qeyd edirlər ki, baş nazir Seutadakı böhranın həll olunmamasına baxmayaraq, bütün ayı orada keçirə bilər. Nəşr Sançesin dənizdə bir qadınla üzdüyünü əks etdirən fotolar yayımlayıb. Bildirilir ki, həmin şəxs onun həyat yoldaşı və ya qızı ola bilər. Nəşrin məlumatına görə, hökumət başçısı Lanzarote adasındakı kral iqamətgahı La-Maretada qalır. O, avqustun 3-də İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə həmin əraziyə aparılıb. İqamətgahın yerləşdiyi ərazi gücləndirilmiş mühafizə altındadır. La-Mareta ətrafında bir kilometr radiusda gəmilərin hərəkəti qadağan edilib. Qeyd edək ki, son günlər Şimali Afrikada yerləşən İspaniya anklavı Seuta miqrasiya böhranının mərkəzinə çevrilib. Mərakeşdən çox sayda insan şəhərə piyada və ya üzərək keçməyə cəhd edib. Bundan əvvəl Seuta rəhbəri vəziyyətin normallaşması ilə bağlı açıqlamaları həqiqətəuyğun olmadığını bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər