İdman
“Neftçi”yə yeni baş məşqçi təyin olundu
“Neftçi” basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Klubdan Axar.az-a verilən məlumata görə, Konstantinos Vasiliadis ilə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.
Yunanıstanlı mütəxəssis son olaraq İspaniyanın “Lusentum Alikante” klubunu (2025-2026) çalışdırıb.
Qeyd edək ki, Konstantinos Vasiliadis zəngin basketbolçu karyerası ilə tanınır. 42 yaşlı mütəxəssis vaxtilə “Olimpiakos”, PAOK, “Unikaxa Malaqa”, “Anadolu Efes” və “Bilbao Basket” kimi Avropanın önəmli klublarında çıxış edib.
Mənbə
axar.az