Dünya

Ermənistan prezidenti yeni hökumətin üzvlərini təyin etdi

03 Aug 2026, 18:20 17 baxış
Ermənistan prezidenti yeni hökumətin üzvlərini təyin etdi
Ermənistan prezidenti Vaaqn Xaçaturyan yeni hökumət üzvlərinin təyin edilməsi ilə bağlı fərmanlar imzalayıb. Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verir. Məlumata görə, demək olar ki, bütün nazirlər vəzifələrini saxlayıblar. Yeganə dəyişiklik Yüksək Texnologiyalar Sənayesi Nazirliyində baş verib - quruma David Tadevosyan rəhbər təyin edilib. Mqer Qriqoryan və Tiqran Xaçatryan baş nazirin müavinləri təyin ediliblər. Ararat Mirzoyan yenidən xarici işlər naziri, Suren Papikyan müdafiə naziri, Arpine Sarkisyan isə daxili işlər naziri təyin ediliblər. David Xudatyan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə, Janna Andreasyan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə, Ambartsum Matevosyan isə Ətraf Mühit Nazirliyinə rəhbərlik etməyə davam edəcəklər. Həmçinin ədliyyə naziri Srbui Qalyan, əmək və sosial məsələlər naziri Arsen Torosyan və səhiyyə naziri Anait Avanesyan da öz vəzifələrində qalıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər