Dünya

Turistləri daşıyan kater batıb: Baykalda insident - VİDEO

03 Aug 2026, 16:12 16 baxış
Turistləri daşıyan kater batıb: Baykalda insident - VİDEO
Rusiyada Buryatiyanın Pribaykalye rayonunda turistlərin olduğu kater batıb. Oxu.Az xəbər verir ki, bu barədə "Ves Ulan-Ude" nəşri məlumat yayıb.

Hadisə Qoryaçinskdə qeydə alınıb. İlkin məlumatlara görə, katerin sürücüsü bir qrup turisti Baykal gölündə gəzdirirmiş. Gəmi anidən döngəyə daxil ola bilməyib, aşıb və batmağa başlayıb. "SHOT" "Telegram" kanalının məlumatına əsasən, istirahət edənlər xəsarət almayıblar və onlar dərhal sahilə çıxarılıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər