Dünya
Ermənistanın mina terroru: 2020-ci ildən bəri 433 nəfər zərər çəkib - FOTO
Vətən müharibəsindən bəri Ermənistanın mina çirklənməsi nəticəsində 433 nəfər zərər çəkib. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım olunub. Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb. "Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir", - deyə paylaşımda qeyd olunub.
Mənbə
oxu.az