Dünya

Avstriyada bu yay ikinci dəfə ən yüksək hava təhlükəsi xəbərdarlığı edilib

03 Aug 2026, 16:52 17 baxış
Avstriyada bu yay ikinci dəfə ən yüksək hava təhlükəsi xəbərdarlığı edilib
Avstriya hakimiyyəti kəskin isti hava şəraiti səbəbindən cari yay mövsümündə artıq ikinci dəfə ən yuxarı - "qırmızı" - hava təhlükəsi səviyyəsini tətbiq edib. Oxu.Az xəbər verir ki, bu məlumatı "Geosphere Austria" meteorologiya xidməti açıqlayıb. Qurumun məlumatına görə, ən isti hava şəraiti dövlətin şərq bölgələrində - Vyana şəhərində, həmçinin Burgenland və Aşağı Avstriya federal əyalətlərində proqnozlaşdırılır. Yaxın günlərdə qeyd olunan ərazilərdə havanın temperaturu +39 dərəcəyə qədər yüksələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər