Digər

Çimərliyə getmək istəyənlərin nəzərinə!

03 Aug 2026, 15:22 15 baxış
Çimərliyə getmək istəyənlərin nəzərinə!

Avqustun 4-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.


Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər