İdman
Həbib Nurməhəmmədov karyerasının ən ağır döyüşünü açıqladı
Qarışıq döyüş növləri üzrə (MMA) Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Konor Makqreqor və Castin Qeyci ilə döyüşlərini müqayisə edib. Oxu.Az xəbər verir ki, rusiyalı döyüşçü bu barədə "YouTube"da Leks Fridmana verdiyi müsahibəsində danışıb. Onun sözlərinə görə, Qeyci ilə döyüş ona Makqreqorla qarşılaşmadan xeyli ağır başa gəlib. "İlk növbədə atamın itkisinə görə özümü toplamaq çətin idi. Hər şey üst-üstə düşdü. Atam vəfat etdi, hazırlıq onun köməyi olmadan keçdi - uğrunda məşq etdiyim və çempion olmaq istədiyim insan olmadan. İlk növbədə ona ən yaxşısı ola biləcəyimi sübut etmək istəyirdim", - deyə Nurməhəmmədov qeyd edib.
Mənbə
oxu.az