Dünya

"Avroviziya"nı qazanan ölkə müsabiqəyə ev sahibliyi etmək hüququndan məhrum oluna bilər

13 Aug 2026, 01:30 2 baxış
"Avroviziya"nı qazanan ölkə müsabiqəyə ev sahibliyi etmək hüququndan məhrum oluna bilər
Avropa Yayım İttifaqı (EBU) "Avroviziya" mahnı müsabiqəsinin keçirilmə qaydalarına dəyişikliklər edib. Yeni qaydalara əsasən, təhlükəsizlik səbəbindən müsabiqəni qazanan ölkə növbəti yarışa ev sahibliyi etmək hüququndan məhrum edilə bilər. Oxu.Az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçılarının saytında yayımlanan bəyanatda bildirilib. "Yeni müsabiqə qaydalarına əsasən, silahlı münaqişə, gərgin geosiyasi vəziyyət və ya hər hansı digər hal qalib ölkənin və ya ona yaxın regionun təhlükəsizliyinə, mühafizəsinə və ya sabitliyinə ciddi təsir göstərirsə, qalib ölkənin yayım şirkəti avtomatik olaraq müsabiqəyə ev sahibliyi etmək hüququndan məhrum edilir", - deyə sənəddə qeyd olunub. Zərurət yarandıqda EBU qalib ölkənin yerləşdiyi regionda müstəqil təhlükəsizlik qiymətləndirməsinin aparılmasını tələb edə bilər. Qiymətləndirmənin nəticələrinə əsasən müsabiqənin həmin ölkədə keçirilməsinin təhlükəsiz olub-olmadığını müəyyənləşdirmək üçün məsləhətləşmələr aparılacaq. Qiymətləndirmə mənfi olarsa, EBU müsabiqənin təşkili üçün alternativ yayım şirkəti təyin edəcək. Müsabiqənin keçirilməsi ilə bağlı bütün hüquq, öhdəlik və məsuliyyət həmin təşkilatçıya keçəcək. Yeni təşkilatçı müsabiqəni qalib ölkənin adından deyil, müstəqil şəkildə keçirəcək. "Avroviziya-2027" 71-ci müsabiqə olacaq və ilk dəfə Bolqarıstanda keçiriləcək. Bolqarıstan 2026-cı ildə Vyanada Daranın ifa etdiyi "Bangaranga" mahnısı ilə qalib gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər