İdman

Daha bir tanınmış futbolçu Türkiyə klubunda

13 Aug 2026, 01:46 2 baxış
Daha bir tanınmış futbolçu Türkiyə klubunda

Türkiyənin "Beşiktaş" klubu serbiyalı futbolçu Duşan Vlahoviçin keçidini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəliblər. Oyunçunun İstanbul klubundakı illik maaşı bonuslar nəzərə alınmadan 8 milyon avro təşkil edəcək.


Vlahoviç iyunun 30-da İtaliyanın "Yuventus" klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusu alıb. Hücumçu 2022-ci ilin yanvarından çıxış etdiyi Turin təmsilçisinin heyətində ümumilikdə 168 oyuna çıxıb və 68 qol vurub. Ötən mövsüm o, İtaliya A Seriyasında 19 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.


Vlahoviç "Beşiktaş"da İtaliyanın "Fiorentina" klubunda birgə çalışdığı baş məşqçi Vinçenso İtalyano ilə yenidən bir araya gələcək.


Qeyd edək ki, hücumçu karyerası ərzində Serbiyanın "Partizan" klubunda da çıxış edib

Mənbə axar.az

Oxşar Xəbərlər