İdman

İngiltərənin "Lester Siti" futbol klubu satışa çıxarılıb

13 Aug 2026, 02:00 2 baxış
İngiltərənin "Lester Siti" futbol klubu satışa çıxarılıb
2016-cı ildə İngiltərə çempionu olan "Lester Siti" futbol klubu satışa çıxarılıb. Oxu.Az "The Athletic"ə istinadən xəbər verir ki, klubun sahibləri satışdan 300 milyon dollar əldə etməyi gözləyirlər. Lakin komandanın İngiltərə futbolunun üçüncü divizionuna düşməsi səbəbindən klubun dəyəri 200 milyon dollara qədər azala bilər. Klubla birlikdə onun "King Power" stadionu, "Seagrave" məşq bazası, qadın komandasının "Belvoir Drive" bazası, torpaq sahələri, akademiya, qadın komandası və Belçikanın "Oud-Heverlee Leuven" klubu da satışa çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər