Digər
Təbrizdə üzgüçülük hövuzunda 14 nəfər zəhərləndi
İranın Təbriz şəhərində üzgüçülük hovuzunda zəhərlənmə hadisəsi baş verib.
Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzi məlumat yayıb.
Məlumata görə, hovuzda üzən 14 nəfərdə tənəffüs problemləri və zəhərlənmə əlamətləri müşahidə edilib.
Xəstəxanaya aparılan şəxslərə tibbi yardım göstərilib.
Üzgüçülərin zəhərlənməsinə hovuza tökülən xlorun səbəb olduğu bildirilib.
Mənbə
axar.az