Onu hər gün, hər saat xatırlayıram - Anar
Xalq yazıçısı Anar mərhum dostu Elçini hər gün, hər saat xatırladığını bildirib.
Kult.az Report-a istinadla xəbər verir ki, o, bu barədə Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarının ziyarəti zamanı çıxışında deyib.
"Elçinsiz bir il keçir, əziz dostumu hər gün, hər saat xatırlayıram. Çətin də olsa, danışmalıyam. Elçin çox böyük yazıçı, çox yaxşı dost və çox böyük şəxsiyyət idi. Onun kimi insanlar nə yaxşı ki olub, nə yaxşı ki yaşayıb. Mən əziz dostumun ruhuna ehtiramımı bildirir, Allahdan ona rəhmət diləyirəm".
Anar xalq yazıçısı Elçinin əsərlərinin ədəbiyyat yaşadıqca yaşayacağını ifadə edib.
Qeyd edək ki, xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib. Bu gün mərhumun vəfatının birinci ildönümü ilə bağlı I Fəxri Xiyabanda anım mərasimi keçirilib.