Cəmiyyət
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak qiymətlərində ciddi artım müşahidə olunur. Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə, qiymət artımları daha çox ümumi sahəsi kiçik olan mənzillərdə nəzərə çarpır. Buna daha çox köhnə tikili binaları misal göstərmək olar.
Ekspert bildirib ki, yeni tikili binalarda da qiymət artımının davam edəcəyi gözlənilir. Bunun əsas səbəblərindən biri Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin azalmasıdır. Onun sözlərinə görə, hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1 500-2 500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər əsasən bir kvadratmetr üçün 2 500-4 000 manat arasında dəyişir.

Mənbə
oxu.az